Somalinin paytaxtı Moqadişonun mərkəzində güclü partlayış baş verib, bundan sonra həmin rayonda güllə səsləri eşidilib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Reyters agentliyi məlumat verib.

Məlumata görə, hadisə minalanmış avtomobilin partlaması nəticəsində baş verib. Azı 1 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Partlayışa görə məsuliyyəti öz üzərinə heç kim götürməyib.

Milli.Az