Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobil partladılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

İyulun 30-da Moqadişoda polis məntəqəsu qarşısında törədilən partlayş nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanmışdı.

Qeyd edək ki, "Əl Qaidə" qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab" Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Milli.Az