Play Store

Əlinizdə belə ləkə varsa... - DİQQƏT!

Müəyyən səbəblərdən insanların dərisində ləkələr meydana gəlir. Ləkələr təhlükəli dəri xəstəliklərinin ilk əlaməti ola bilər.

Metbuat.az xəbər verir ki, adətən xalq arasında qocalıq əlaməti sayılan qəhvərəngli ləkələrə gənclərdə də rast gəlmək olar. Bu ləkələrdən ev üsulu ilə xilas olmaq mümkündür. Bunun üçün 2 şorba qaşığı soğan suyu və 2 şorba qaşığı sirkəyə ehtiyacınız var. Soğan suyu və sirkəni qarışdırın. Ləkə olan bölgələrə vurun. Hazırlanması asan, həm də ucuz başa gələn bu üsulla ləkələrdən xilas olacaqsınız. 2 həftə ərzində mütəmadi istifadə edənlər təsirli olduğunu deyir. Soğan suyunun pis qoxusuna qarşı limon qabığı ilə əllərinizi ova bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Dırnaqlarınız qırılırsa, bundan sürtün - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR