"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib.
48 yaşlı Vəfa Hacıyev sözü gedən ünvanda tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bir neçə bıçaq xəsarəti alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda Vəfa Hacıyevi bıçaqlayan şəxs və şəxsləri Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları axtarır.