Play Store

Yaşıl çay ilə gözəlliyinizə gözəllik qatın - MASKA

Pəhriz menyusunun əvəzedilməzi olan yaşıl çay ilə gözəlliyinizə gözəllik qata bilərsiniz. 

Metbuat.az xəbər verir ki, qulluq vasitəsi kimi bir çox məqamlarda ondan istifadə edilir.

Yaşıl çay saçın güclənməsinə yardımçı olur və daha parlaq görünməsini təmin edir. 4 ədəd paket çayı bir litr isti suda təxminən bir saat saxlayın. Saçlarınızı şampunla yuduqdan sonra əlavə olaraq hazırladığınız yaşıl çaylı su ilə yaxalayın.

Yaşıl çay dəri üçün möcüzəvi qoruyucu və canlandırıcıdır. Çayı dəmlədikdən sonra ilıq halda pambıq yardımı ilə tonik olaraq istifadə edə bilərsiniz.

Sızanaqlar üçün yaşıl çaydan maska hazırlamaq olar. Bunun üçün bir yemək qaşığı toz yaşıl çay, bir yumurtanın ağı və bir çay qaşığı balı qarışdırın. Maskanı üzünüzə sürtdükdən sonra yarım saat saxlayın. Ardınca bol su ilə yuyub nəmləndirici vura bilərsiniz. 

Aysel Yaqubqızı / Metbuat.az

Üzdəki qara nöqtələri yox edən - MASKA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR