"Kopenhagen"lə oyunu buraxa bilər - "Qarabağ"da ciddi itki

“Qarabağ”ın yeni transferi Donald Gerye zədələnib.

Klubdan Metbuat.az-a verilən məlumata görə, haitili yarımmüdafiəçi məşq zamanı zədələnib. 

Onun Topaz Premyer Liqanın ilk turunda “Neftçi” ilə oyunu buraxacağı gözlənilir. Geryenin avqustun 15-də Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçiriləcək matçda iştirak edib-etməyəcəyi isə hələlik bəlli deyil. 

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşü avqustun 11-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR