Misirdə qatar qəzası nəticəsində ölənlərin sayı 36-ya çatıb

Misirin şimalında iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36-ya çatıb, onlarla insan yaralanıb.

Metbuat.az xəbər verir ki, ölkənin səhiyyə ocaqlarından daxil olan məlumatlar həlak olanların sayının artacağı ehtimalını yaradır. 

Qəza Qahirədən gələn sərnişin qatarının nasazlığa görə dayanan Port-Səid–İsgəndəriyyə qatarına çırpılması nəticəsində baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR