Bakı. 11 avqust. REPORT.AZ/ Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 36-ya çatıb.
"Report" "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, qəza zamanı 123 misirli müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölkənin Səhiyyə Nazirliyinin verdiyi son rəsmi məlumata görə, toqquşması nəticəsində 28 nəfər ölüb, 90-dan çox sərnişin yaralanıb.
Məlumata görə, Qahirədən yola düşən qatar Port-Səid-İskəndəriyyədə nasazlıq səbəbindən dayanmış qatara çırpılıb.
Hadisə yerinə 80-dək təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib.