Ronaldu baş hakimi itələdiyi üçün 4, ikinci sarının ardından qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Diskvalifikasiya İspaniya çempionatı qarşılaşmalarına da şamil olunur.
Beləliklə, Ronaldu "Barselona" ilə superkubokun cavab görüşündə, habelə "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşlərdə "Real Madrid"ə kömək edə bilməyəcək.
Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"in "Barselona"nı 3:1 hesabı ilə yendiyi görüşdə qol vurduqdan sonra formasını çıxarıb. Bu hərəkəti ona sarı vərəqə bahasına başa gəlib. O, meydandan kənarlaşdırılmasına səbəb olan növbəti vərəqəni isə simulyasiyaya yol verdiyi üçün alıb. Məhz bundan sonra Ronaldu Rikardo de Burqos Benqoçeanı arxadan itələyib.