17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.


Fanat.Az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ilk matçına çıxıb.

Yığmamız Bosniya və Herseqovinanın U-17 yığması ilə görüşüb. Bu qarşılaşmada hesab açılmayıb – 0:0.

Qeyd edək ki, yığmamızın balkanlılarla daha bir görüşü nəzərdə tutulub.


Fanat.Az