Hər gün bir ovuc badam yeməyin orqanizmə inanılmaz faydası

Badamın bir çox faydası var. Araşdırmalar sadəcə 43 qram badam istifadə etməyin belə bədənə müsbət təsirini sübut edib.

Metbuat.az xəbər verir ki, Pensilvaniya Universitetində aparılan araşdırmaya görə, sadəcə 43 qram badam mənfi xolestrolu azaldır və ürək xəstəliklərinə qarşı qoruyan müsbət xolestrolu 19 faiz artırır. Müsbət xolestrol səviyyəsi artan insanların ürək xəstəliklərinə yaxalanma riski azalır.

Araşdırmanın rəhbərlərindən professor Kris Etherton deyib: “Əgər insanlar pəhriz menyularına badamı daxil etsələr, müsbət xolestrolun artması və ürək-damar sağlamlığının qorunması üçün faydasını görəcəklər. Sadəcə badam yemək ürək xəstəlikləri üçün tam çarə olmasa da, qida dəyəri aşağı hər hansı məhsul əvəzinə yeyildiyində faydası danılmazdır.

Aysel Yaqubqızı / Metbuat.az

Qaraciyəri təmizləyir, arıqladır... - XALQ TƏBABƏTİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR