“Report” "Anadolu" agentlyinə istinadən xəbər verir ki, onlar Suriyada vətəndaş müharibəsi başlayanda Türkiyəyə sığınan suriyalılardır.
Məlumata görə, geri qayıtmaq istəyən qaçqınlar uyğun icazəni almaq üçün Türkiyənin Qaziantep əyaləti valiliyinə müraciət edirlər. Hər gün 200-ə yaxın suriyalı qaçqın vacib prosedurlardan keçərək ölkələrinə dönürlər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2016-cı il avqustun 24-də terrorçu İŞİD qruplaşmasına qarşı Suriya ərazisində "Fərat qalxanı" adlı əməliyyata başlayıb. Suriya müxalifətinin iştirakı ilə sərhəddə yerləşən Cerablus və Əl-Bab şəhərlərini azad edib.