Xanımların qışa hazırlığı davam edir.
Publika.az bildirir ki, metbuat.az bu dəfə mövsümün ən dadlı meyvələrindən olan gavalı mürəbbəsinin hazırlanma qaydasını təqdim edib.
Lazım olan ərzaqlar:
1 kq - gavalı
1 kq - şəkər tozu
Yarım limonun suyu
Hazırlanması:
Gavalını öncə yuyun. Toxumlarını çıxartdıqdan sonra şəkər tozu əlavə edib sulanması üçün 4-5 saat gözləyin. Orta atəşdə qaynayana qədər qarışdırın. Qatılaşandan sonra limon suyunu əlavə edin. Bir az daha qaynatdıqdan sonra ocaqdan alın.
Nuş olsun!