25 yaşlı forvard yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarına qatılacaq.
Belfor "Zirə"də iyunun 16-dan çıxış edir. O, həmin vaxt 1+1 illik müqaviləyə imza atıb. Haiti millisinin futbolçusu Azərbaycan klubunun heyətində Avropa Liqası matçlarında da iştirak edib və 1 qol vurub. Belfor Azərbaycan Premyer Liqasının ilk turunda "Səbail"lə qarşılaşmada 70-ci dəqiqədən etibarən meydanda olub.
Qeyd edək ki, "Jamşedpur" 12 may 2017-ci ildə yaradılıb. Hindistan Super Liqasında bu mövsümdən iştirakçı komandaların sayı 10-dan 12-yə çatdırılıb. Həmin 2 vəsiqədən birini məhz Carxand komandası əldə edib.
