Rusiyada naməlum şəxs insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb
Paylaş
156 baxış·1 dəq oxu
Bakı. 19 avqust. REPORT.AZ/ Rusiyanın Surqut şəhərində naməlum şəxs insanlara bıçaqla hücum edib. “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.