Bakıda baş verən qəzada Türkiyə vətəndaşı ağır xəsarət alıb

Bakıda baş verən qəzada Türkiyə vətəndaşı ağır xəsarət alıb
07:47 22 Avqust 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda baş verən qəza zamanı Türkiyə vətəndaşı ağır xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, "Elite" ticarət mərkəzinin qarşısında 1995-ci il təvəllüdlü Karakaya İbrahim Mehmet oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyib. Lakin bu zaman "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə motosikletin sürücüsü kəllə-beyin travması alıb. 
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR