“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
C.Kuşneri Orta Şərq ölkələrinə səfərə çıxıb və son dayancağaı Misir olub.
Məlumata görə, ABŞ insan haqlarının vəziyyəti ilə əlaqədar Misirə etdiyi maliyyə yardımını dayandırıb. Rəsmi Qahirə Ağ evin bu addımının ikitərəfli münasibətlərə mənfi təsir edəcəyini bildirib.
İnformasiyaya əsasən, ABŞ Misirdə insan haqlarının qorunmasında və demokratik normaların təmin edilməsində irəliləyişə nail olunmasını dəstələmək məqsədi ilə 95, 7 milyon dollar, bundan başqa 195 milyon dollar əlavə yardım göstərməyi planlaşdırırmış. Lakin insan haqlarının durumuna görə yardımların edilməsi təxirə salınıb.