“Report”un məlumatına görə, bunu Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İdman Azərbaycan” telekanalına açıqlamasında deyib.
Qırx beş yaşlı mütəxəssis bildirib ki, hər şey onların düşündükləri kimi alınıb:
“Müdafiədə diqqətli olmalıydıq. Rəqib pressinq tətbiq edirdi, biz də bunun qarşısını almağa çalışırdıq. Rəqib evdə oynayırdı deyə, təzyiq göstərirdi. İstər-istəməz azarkeş dəstəyi sözünü deyir. İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı”.
Bakıda baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ”, rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində yoluna qitənin ən nüfuzlu klub turnirində davam edir.