Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Fanat.Az xəbər verir ki, ilk dəfə bir Azərbaycan klubu bu mərhələnin püşkatmasında iştirak edəcək.


Belə ki, bu gecə "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşəcək. Azərbaycan çempionu turnirin II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" və III təsnifat mərhələsində Moldovanın "Şerif" klublarını mübarizədən kənarlaşdırdıqdan sonra "play-off"da Danimarka "Kopenhagen"inindən üstün olub. Bakıdakı ilk matçda (1:0) qələbə qazanan "Qarabağ" cavab görüşündə uduzsa da (1:2), səfər qolu sayəsində qrupa vəsiqə qazanıb.


UEFA püşkdən əvvəl komandaları 4 səbətə bölüb. 32 iştirakçı püşk zamanı 8 qrupa bölünəcək. Onlardan biri isə "Qarabağ" olacaq. 7


İlk səbətdə 8 ən reytinqli çempionatın qalibləri yer alıb. Digər 24 klub isə reytinqinə görə bölünüb. "Qarabağ" reytinqinə görə yalnız Almaniyanın "Leypsiq" klubunu qabaqlayır. Hər qrupa hər səbətdən bir komanda düşəcək.


Qeyd edək ki, mərasim Monakoda təşkil olunacaq və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.


Onu da qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında əsas komandanın rəqibləri ilə qarşılaşacaq.

Çempionlar Liqası

Qrup mərhələsi


I səbət

Real (İspaniya)

Bavariya (Almaniya)

Çelsi (İngiltərə)

Yuventus (İtaliya)

Benfika (Portuqaliya)

Monako (Fransa)

Spartak (Moskva, Rusiya)

Şaxtyor (Ukrayna)

II səbət

Barselona (İspaniya)

Atletiko (İspaniya)

PSJ (Fransa)

Borussiya (Dortmund, Almaniya)

Sevilya (İspaniya)

Mançester Siti (İngiltərə)

Portu (Portuqaliya)

Mançester Yunayted (İngiltərə)

III səbət

Napoli (İtaliya)

Tottenhem (İngiltərə)

Bazel (İsveçrə)

Olimpiakos (Yunanıstan)

Anderlext (Belçika)

Liverpul (İngiltərə)

Roma (İtaliya)

Beşiktaş (Türkiyə)

IV səbət

Seltik (Şotlandiya)

ÇSKA (Moskva, Rusiya)

Sportinq (Portuqaliya)

APOEL (Kipr)

Feyenord (Hollandiya)

Maribor (Sloveniya)

Qarabağ (Azərbaycan)

Leypsiq (Almaniya)


Fanat.Az