“Report”un məlumatına görə, müvafiq olaraq, Canluici Buffon (“Yuventus”), Serxio Ramos, Luka Modriç, Kriştianu Ronaldu (hamısı “Real Madrid”) ən yaxşı elan ediliblər.
Qeyd edək ki, qaliblərin adları Monakoda keçirilən ÇL-in qrup mərhələsinin püşkatma mərasimi zamanı açıqlanıb. Ən yaxşı seçilənlərə UEFA-ın xüsusi mükafatları təqdim olunub.