Bakı. 26 avqust. REPORT.AZ/ Brüsseldə hərbçilərə hücum etmiş şəxs ağır yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "RTBF" məlumat yayıb.
Xəbərdə bildirilir ki, o, polis tərəfindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. "Allahu əkbər", - deyə qışqıran şəxs hərbçilərə dəhrə ilə hücum edib. Bundan sonra ona atəş açılıb.
Hadisə zamanı hərbçilərdən biri üzündən, digəri əlindən yüngül xəsarət alıb. Onlara tibbi yardım göstərilib.
Yerli KİV hərbçilərə hücumm etmiş şəxsin Somalidən olduğunu yazıb.