Bu barədə "Report"un Rusiya bürosu məlumat verib.
Avqust 23-27-də Avstriyanın Frayştadt şəhərində keçirilən kinofestivalda ənənəvi olaraq bədii və sənədli filmlər nümayiş etdirilir. Bu il ən yaxşı sənədli film kimi Azərbaycan əsilli rusiyalı rejissor Rodion İsmailovun "Plaskart" filmi qalib olub.
R.İsmailovun sözlərinə görə, film tam şəkildə Moskva-Vladivostok qatarında çəkilib və Rusiya vətəndaşlarının çoxmillətliliyini və müxtəlifliyini göstərir.
"Bu, filmimizin aldğı ilk böyük mükafatdır. Yaradıcılığının Avropada və ya dünyanın digər yerlərində qiymətləndirilməsi çox gözəldir", - rejissor deyib.
Qeyd edək ki, film Avstriyadakı festival ilə paralel olaraq Serbiya və Hollandiyada da festivallarda nümayiş etdirilib. Bu film yaxın gələcəkdə "Yaşayacağıq", "Flaertiana" (Rusiya), Beynəlxalq Etnoqrafiya Film Festivalı (Tayvan), "Jan Ruş" Beynəlxalq Film Festivalı (Fransa) kimi festivalların müsabiqə proqramına daxil ediləcək.

