Yay fəslinin son günlərini yaşamaımıza baxmayaraq, havanın temperaturu enmək bilmir. Xüsusilə də, son bir neçə gündür temperaturda yüksəlmə müşahidə olunur. Maraqlıdır, bu cür hava şəraiti nə vaxta kimi davam edəcək?

Bununla bağlı Metbuat.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirdi ki, yaxın 2-3 gün ərzində havanın dərəcəsində dəyişiklik gözlənilmir:

“Havanın temperaturu avqust ayı üçün xarakterik olsa da, iqlim normasından 2-3 dərəcə yüksəkdir. Xüsusən də səhər saatlarında havada rütubətin bir qədər çox olması metohəssas insanlar üçün əlverişsiz hava şəraiti kimi qiymətləndirilir.

Temperaturun yaxın 2 gün ərazində paytaxda 32-37, bölgələrdə 33-38, dağlıq ərazilərdə 23-30 dərəcə dəyişəcəyi gözlənilir”.

Sabah hava yağmursuz olacaq - Proqnoz - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ