"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumatlara görə, laynerin geri qayıtmasına səbəb havada quşla toqquşması olub. Zərbə nəticəsində mühərriklərdən birində yanğın baş verdiyi bildirilib. Aviaşirkət hadisənin araşdırıldığını bəyan edib.
Nyu-Yorka uçan təyyarədə 233 sərnişin olub və nəticədə heç kim xəsarət almayıb.