Yevlax. 6 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda su kanalında batmış şəxsin meyiti tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ötən gün Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batmış şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.