"Bütün bunlar bir mərkəzdən yönləndirilir"

Millət vəkili Sahib Alıyev “Vaşinqton Post” qəzetində yayımlanan “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası” başlığı ilə dərc olunan məqaləyə münasibət bildirib.

Metbuat.az bildirir ki, millət vəkili bütün bunların bir mərkəzdən yönləndirildiyini qeyd edib:

“"Washington Post" , "The Guardian" və digərlərində Azərbaycanla bağlı mənfi yazılar oxuyanda ikili hiss keçirirəm. Təbii ki, özün haqda böhtan səndə müəyyən narazılıq yaratdığı kimi, bir parçası olduğun məmləkətin haqda böhtan da o cür reaksiya doğurur. Ancaq eyni zamanda buna sevinirəm də. Ona görə sevinirəm ki, demək, Azərbaycan hakimiyyəti milli maraqları əsas götürərək həmin mənfur çevrələrin yenə də hansısa istəklərini rədd edib.

Son günlər başladılan qarayaxma kampaniyasına xeyli sayda qlobal çirkab maşını qoşulub. Bütün bunlar bir mərkəzdən yönləndirilir. O mərkəzdən ki, öz maraqlarından başqa maraq tanımır. Həmin maraqlar reallaşanda bunun nəyə aparıb çıxardığını isə biz indi xaos girdabında çapalayan bir çox ölkələrin təcrübəsində görürük. Maraqlıdır, görəsən həmən "Washington Post" və digər çirkab maşınları nədən Myanmarda məhv edilən on minlərin yox, bizdə konkret cinayətlərdə suçlandırlan bir neçə adamın "qayğı"sına qalır, bunu qlobal problem kimi təqdim etməyə çalışırlar?”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR