"Report" xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv İtaliya yığması ilə üçüncü dəfə qarşılaşıb. Milanda baş tutmuş görüş Azərbaycan millisinin 3:2 (22-25, 13-25, 25-21, 25-20, 7-15) hesablı qələbəsi ilə yekunlaşıb.
Toplanışı başa vuran yığma bu gün Bakıya dönəcək.
Qeyd edək ki, bu kollektivlər arasındakı baş tutmuş ilk iki görüşdə italiyalılar qalib gəlib - 3:0 və 3:2. Təlim-məşq toplanışı 22 sentybar – 1 oktyabrda Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.