Bu il payız-qış sezonunda canlı rənglər, parlaq ayaqqabılar və kürklər moda olacaq.
Metbuat.az xəbər verir ki, bu il qışın rəngi olan qırmızı hər tonu ilə dəbdə olacaq. Qırmızının tonları ayaqqabı, çanta, jaketlərdə tez-tez qarşımıza çıxacaq.
Qadınların vazkeçilməzi olan çantalar da bu qış modasına ayaq uydurur. Yayda istifadə olunan çantalar qışda yerini böyük çantalara verəcək.
Bu sezon kürklər daha canlı, iddialı rəngləri ilə qarşımıza çıxacaq. Yayda geyindiyiniz mesaj xarakterli yazılı geyimlər, qışda da dəbdə olacaq. Ayaqqabılara gəldikdə isə rəngli, parlaq və qaşlı modellərə üstünlük veriləcək.
Dizüstü çəkmələr də qışın trendlərindən olacaq. Cins və yun jaketlə kombinləyəcəyiniz çəkmələr sizə daha şıq və sadə görüntü qazandıracaq.
Aysel Yaqubqızı / Metbuat.az