Bu gün Topaz Premyer Liqasında V tura start veriləcək. Fanat.Az xəbər verir ki, turun ilk günündə 2 qarşılaşma baş tutacaq.

Mərkəzi görüşü sayıla biləcək matçda “İnter” “Sumqayıt”la üz-üzə gələcək. Turnir cədvəlinin ortababları liderlərə yaxınlaşmaq üçün 3 xal qazanmağa çalışacaq.

İlk oyun gününə paytaxt derbisi ilə yekun vurulacaq. Çempionatın lideri “Zirə” Azərbaycanın ən titullu klubu, "Kəpəz"lə birlikdə son iki pillədə qərarlaşmış autsayder “Neftçi”nin qonağı olacaq. Tarixinin ən ağır dövrünü yaşayan “ağ-qaralar” yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında ilk matçına çıxacaq. “Neftçi” həm “Zirə” sindromunu qırmalı, həm “qara zolaq”dan qurtulmağa çalışacaq. Startda 4 məğlubiyyətsiz matç keçirən və hər oyunda qol vuran “Zirə” isə zirvədəki mövqeyini qorumaq üçün qalib gəlməlidi.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. "Səbail" "Qəbələ"n, "Qarabağ" "Kəpəz"i qəbul edəcək.


Premyer Liqa

2017/18 mövsümü

I dövrə, V tur


16 sentyabr

16.30 İnter - Sumqayıt

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Hakim-inspektor: Məlik Həsənov.

Bakı. “İnter Arena”.


19.00 Neftçi - Zirə

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Bakı. "Bakcell Arena".


1. Zirə 4 3 1 0 9-3 10

2. Qarabağ 3 3 0 0 6-2 9

3. Qəbələ 4 2 1 1 5-4 7

4. İnter 4 2 0 2 5-5 6

5. Sumqayıt 4 2 0 2 4-5 6

6. Səbail 3 1 0 2 2-3 3

7. Neftçi 4 0 1 3 1-5 1

8. Kəpəz 4 0 1 3 3-8 1


Bombardir: Mahir Mədətov (Qarabağ) - 3.


Fanat.Az