İraq, Mosul və Təlafirdən sonra Suriya sərhədini də İŞİD-dən təmizləməyə başlayıb.

Metbuat.az-ın "Reuters" xəbər agentliyinə istinadən xəbərinə görə, bu dəqiqələrdə Bağdad rəhbərliyi İŞİD-ə qarşı hücuma başlayıb. Hücumun başladığı ərazi cənubdakı neft yataqları ilə tanınan Akasat şəhəridir.

Ordu birliklərinin ilk hədəfi sərhəddə yerləşən Əl-Qaim şəhərini azad etməkdir. Məlumata görə, Fərat çayının ətrafı da hədəflər arasındadır. Deyr ez Zor şəhərindəki mühasirəni dağıdan Suriya ordusu qoşunlarının qısa müddətdə Əl-Qaiməyə yönəlməsi gözlənilir.

Qeyd edək ki, İŞİD-in əlindəki ən böyük şəhər olan Mosul 9 iyulda azad edilib. Təlafir şəhəri də bir neçə günlük mühasirədən sonra avqustda terrorçulardan təmizlənib.

Terrorçular İraq və Suriyanın sərhədində geniş əraziyə nəzarət etsə də, gücü zəifləyib.

Günay Elşadqızı \ METBUAT.AZ

Uşaq düşərgəsində dəhşətli yanğın - Ölənlər var / FOTOLAR - OXUMAQ ÜÇÜN TIKLA