Ukraynanın Odessa şəhərində yerləşən Viktoriya Uşaq Sağlamlıq Düşərgəsində güclü yanğın olub.

Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, dəhşətli yanğın sentyabrın 15-dən 16-na keçən gecə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın 15 sentyabr saat 23.30-da başlayıb. Hadisə zamanı düşərgədə istirahət edən 150 uşaqdan 42-si binada olub.

Yanğın başlayanda həyəcan siqnalının səsi eşidilməyib, uşaqlar özləri tüstü qoxusundan oyanıb. Müəllimlər uşaqları təcili düşərgədən çıxarıb. Yanğın zamanı bir neçə uşağın düşərgədən qaçdığı ehtimal edilirdi. Ancaq yanğın söndürüldükdən sonra dağıntıların altında iki uşağın cəsədi tapılıb. Cəsədlərin kimə məxsus olması müəyyənləşdirir. Yanğında yaralanan iki uşaq isə xəstəxanaya aparılıb.

Günay Elşadqızı \ METBUAT.AZ

İlin sonuna qədər iki dövlət yaranacaq - İraq və İspaniya parçalanacaq... - OXUMAQ ÜÇÜN TIKLA