İlin sonuna qədər iki dövlət yaranacaq - İraq və İspaniya parçalanacaq...

İraq Kürdüstan Muxtariyyəti sentyabrın 25-də müstəqillik üçün referendum keçirəcək. İraq hakimiyyəti, Türkiyə və digər dövlətlər bunun əleyhinə olsa da, kürd lideri Məsud Bərzani referendumda israrlıdır.

Avropa ölkəsi olan İspaniyada da referendum keçirilməsi gözlənilir. Kotoloniya oktyabrın 1-də referendum keçirərək müstəqilliyini elan etmək niyyətindədir.

Bu referendumlar keçirilərsə və böyük əksəriyyət müstəqilliyə səs verərsə, sonrakı aqibət necə olacaq? Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Metbuat.az-a açıqlama verib:

“Bir çox ölkə Şimali İraqda keçiriləcək referendumun əleyhinədir. Türkiyə və İran də buna qarşı çıxır. ABŞ referendumun təxirə salınmasını istəyir. Yeganə dövlət İsraildir ki, referendumu dəstəkləyir, çünki kürdlərin timsalında özünə müttəfiq görür. Referendum keçiriləcək və İraqın şimalında müstəqil dövlət yaranacaq. Amma bu o demək deyil ki, Kürdüstan yaradılsa, dərhal böyük dövlətlər, o cümlədən Türkiyə və İran onu tanıyacaq. Düzdür, həm Türkiyənin, həm də İranın İraq Kürdüstanının rəhbəri Məsud Bərzani ilə normal münasibətləri var. Ərbil şəhərində böyük yatırımları var. Amma yreferendumundan sonra vəziyyət bir qədər gərginləşə bilər. Düzdür, müharibənin olacağını istisna edirəm. Amma uzun müddət yəqin ki, onların müstəqilliyi tanınmayacaq.

Kotoloniyaya gəldikdə isə, İspaniyanın mərkəzi hakimiyyəti bu referendumun əleyhinə çıxır. Kotoloniyada dareferendumu keçirəcək. Güman edirəm ki, böyük əksəriyyət müstəqilliyə səs verəcəklər. İspaniya hökuməti buna etiraz edəcək və Konstitusiya Məhkəməsinə müraciət edəcək. Bu məsələ də illər boyu gərginlik içində qalacaq. Ispaniya Avropa İttifaqının üzvüdür, amma bu o demək deyil ki, Kataloniya müstəqillik qazansa Aİ-nin üzvü olacaq.

Məni daha çox maraqlandıran Avropa İttifaqının, Brüsselin və bu ittifaqa daxil olan ölkələrin Kataloniya referendumuna olan münasibətidir. Yəni, bu ölkələr Kotoloniyanın müstəqilliyini tanıyacaqlarmı? Kosovo müstəqilliyini elan edəndə bir çox Avropa dövləti, Amerika, Türkiyə onların müstəqilliyini tanımışdı.

Günay Elşadqızı \ METBUAT.AZ

Şimali Koreyanın arxasında hansı güc var? - Müharibə olacaqmı? - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı