Mövsümün ən dəbli saç modelləri – KİŞİLƏR ÜÇÜN

Mövsümün ən dəbli saç modelləri – KİŞİLƏR ÜÇÜN
14:18 16 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Beynəlxalq dizaynerlər payız və qış dəfilələrində yeni mövsümün biri-birindən mükəmməl geyimlərini təqdim etdi. Saç trendləri də bunlardan geri qalmayıb. Bu yeni saç modelləri ilk olaraq Bakı küçələrində qarşımıza çıxmağa başalayacaq.

50-ci illərin üsyankar kəsimlərindən tutumuş 70-ci illərin rahat kəsimlərinə qədər 21-ci əsrdə saç kəsimlərinin müxtəlif formaları qarşımıza çıxıb.

Publika.az payız fəslinə girdiyimiz bir vaxtda saçlarınıza uyğun kəsim modeli seçmək üçün məşhur saç stilisti Kollierin bir neçə nümunəsini təqdim edir:

Qısa və rahat kəsimlər

Rahat kəsimlər hər zaman dizaynerlərin göz bəbəyi olub. “Balonka” adlandırılan kurtkalar isə bu mövsüm yenidən trend olacaq. Qısa saçlar və rəngli “balonka”lar bu qış Bakının dəbli kişilərinin əynində daha çox görünməyə başlayacaq. Çünki “Lanvin”, “Dolce & Gabbana” və “Dior Homme” kimi brendlər geyimlərini bir çox qısa kəsim saç kombini ilə təqdim edib.

Qısa saçlar hər nə qədər vaxt aparmasa da, onlara qayğı göstərmək bir o qədər asan deyil.

Rok ruhunu yansıdan üsyankar saçlar

Ceyms Din və Elvis Presli kimi 1950-ci illərin ikonlarından ilham alınan bu model yenidən dəbə düşəcək. “Belstaff”ın vintaj görüntülərlə təqdim etdiyi dəri pencəkləri arxaya daranmış, sol tərəfi daha uzun və ortada iplə bağlanmış saçlarla kombin edilib.

“Undercut” – Yanları qısa saç modeli

“Undercut” saç modeli yəni yanları qısa, bəzən tamamilə kəsilmiş, üst hissəsi isə uzun olaraq saxlanılmış saç modelləri “Dior Homme” podiumlarında gözə dəyib.

Bu modelin görüntüsünü qormaq üçün saçların düz olmağı lazımdır. Buna görə də saç losyonlarından istifadə etmək lazımdır. Losyon saçı həm nəmləndirir, həm də elektriklənməsinin qarşısını alır.

Dağınıq saçlar

Dağınıq saç modeli Dağınık saç modeli Yohji Yamamoto defiləsində ön plana çıxıb.

Asan bir modeldir. Ancaq elə etmək lazımdır ki, yataqdan yeni oyanmış kimi görünən “cool” saçlarınız baxımsızlıqdan pis vəziyyətə düşə bilər. Həcm verən məhsullardan istifadə edin, daha dolğun bir görüntü üçün köpük və saç spreyini saçınızı qurutmadan öncə barmaqlarınızla saçların dibinə yayın.

Uzun saçlar

“Alexander McQueen”, “Acne” və “Prada” podiumlarında çiyinlərə qədər olan kəsimlərə yer verilib. Kəsimin ön planda olduğu bir model üçün saça qulluq məhsulları köməyinizə çatacaq.

Həcm və təbiilik verən dəniz duzundan ibarət saç spreyi dənizdən yeni çıxmış kimi görünən möhtəşəm dalğalı saçlara qovuşmanıza kömək edəcək.

Şekillendirici kremler de uzun saç için iyi bir seçim, hafif kıvamlı oldukları için saçınızı ağırlaştırmadan şekil vermenize imkân

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/213577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR