Metbuat.az 17 sentyabr tarixində baş verən yaddaqalan hadisələri təqdim edir:
1598-ci il — Holland dənizçiləri Mavrikini kəşf ediblər.
1900-cu il — Avstraliya İttifaqının yaradıldığı elan olunub.
1922-ci il — Berlində dünyada ilk dəfə səsli filmin ictimai nümayişi keçirilib.
1939-cu il — Sovet qoşunları demək olar ki, heç bir müqavimətə rast gəlmədən Polşa sərhədlərini keçib və onun şərq hissəsini işğal ediblər.
1954-cü il — Yeni Torpaqda sovet nüvə poliqonu yaradılıb.
1988-ci il — Seulda XXIV Yay Olimpiya Oyunlarının açılışı olub.
1991-ci il — Linus Torvalds Linux əməliyyat sisteminin başlanğıc kodunu nəşr etdirib.
1996-cı il — ABŞ Küveytə 3500 əsgər göndərib.
2002-ci il — Bakı-Tbilisi-Ceyhan xəttinin təməli qoyulub.