Dövlət büdcəsi Nazirlər Kabinetinə təqdim olundu

Gələn il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Nazirlər Kabinetinə təqdim olunub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məlumat verib. Məlumata görə, “Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-cı il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub.

Günay Elşadqızı \ METBUAT.AZ

Zibil atmağa gedən məktəbli bu hala düşdü - FOTOLAR - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR