Sürücünü döyən şəxsi 1 il həbs cəzası gözləyir

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb. 

Hadisə dünən saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

Xəsarət alan sürücü 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

Tanınmış vəkil Asif Abdullayev Metbuat.az-a açıqlamasında deyib ki, bu konkret xuliqanlıq halıdır. Sürücünü döyən şəxsi Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 1 illik həbs cəzası gözləyir.


Aysel Yaqubqızı / Metbuat.az

Cəbhədə son vəziyyət - Az öncə açıqlandı...-Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR