Sürücülərimiz niyə döyülür?

Yenə sərnişin avtobusu, yenə sürücüyə qarşı kobudluq...

Dünən paytaxtda 135 saylı avtobusun sürücüsünün sərnişin tərəfindən döyülməsi hadisəsi nəqliyyat sahəsində ciddi problemlərin olduğunu bir daha ortaya qoydu. Bu və buna bənzər hadisələr şəhərətrafı ərazilərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində demək olar ki, hər gün yaşanır. Xidmət səviyyəsinin aşağı olması sərnişinlərdə sürücülərə qarşı qəzəb formalaşdırır. Bu qəzəbin axırı da çox vaxt sürücünün söyülməsi, bəzi hallarda döyülməsi ilə nəticələnir. 

Bakıətrafı fəaliyyət göstərən sərnişin avtobuslardakı problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Mais Ağayev bildirdi ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə sərnişindaşımanın keyfiyyətini artırmaq istiqamətində işlər aparılır. Problemin nə vaxt həllini tapacağını demək isə çətindir.

Məsələ diqqətimizdədir...

Sürücünü döyən şəxsi 1 il həbs cəzası gözləyir - VİDEO - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR