Sabirabad: Vətəndaşları narazı salan problem

Sabirabadda suvarma kanalı bərbad vəziyyətdədir.

Bu barədə Metbuat.az-a rayon sakini Rauf Qarayev məlumat verib. Bildirib ki, rayonun mərkəzindən keçən iki suvarma kanalından biri yararsız haldadır. Buna səbəb kanalın sakinlər tərəfindən məişət tullantıları ilə çirkləndirilməsidir:

“Hər il bu kanal təmizlənir və əkin sahələrinə normal qaydada su verilirdi. Lakin bu ildən kanal təmizlənmir. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmişik. Problem həllini tapmır. Səbəb kimi isə texnikanın çatışmaması göstərilir”.

Metbuat.az sözügedən problemlə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərib. Qurumdan verilən açıqlamada bildirilib ki, müraciətdən sonra idarənin texniki işçiləri sözügedən əraziyə göndərilib. Hazırda problemin həlli istiqamətində işlərə başlanılıb.

Sürücülərimiz niyə döyülür? - Bakının sağalmayan "yarası" - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR