Bu da Xalq artisti - Aygünün konsert biletlərinin cəmi 7%-i...

Bu da Xalq artisti - Aygünün konsert biletlərinin cəmi 7%-i...
16:33 19 Sentyabr 2017
562 Şou
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, 22 sentyabr saat 20:00-da Xalq artisti Aygün Kazımova “Baku Crystal Hall”da konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Ölkənin əsas ulduzu sayılan sənətçi yaradıcılığının 30 illiyini qeyd edir...

Ziqzaqı xatırladan sənət fəaliyyətinin susqun dövründə, adı ilə bağlı olan Azərbaycan şou biznesinin ən durğun vaxtında Aygün yenidən oyandı. Bu oyanışın əks-sədası bir neçə gündür ki, hər xəbəri kölgədə qoyub. “Kölgə ol, amma sürünmə” deyir mahnısında...

İllərin susqunluğunu “SUS” klipinin yaratdığı şok ilə pozan ulduzun konserti ətrafında danışılan söhbətlər səngimək bilmir. Kimi aylardır gecə-gündüz məşq edən Aygünün bu enerjini necə əldə etməsilə maraqlanır, kimi isə onun çəkisini əməliyyatsız filansız 59 kq-a gətirə bildiyinə inana bilmir. Çoxu da onun uzun müddətdir ki, spirtli içkidən ümumiyyətlə imtina etdiyindən xəbərsizdir. İnana bilmirlər, yəni o, yenə də zirvədədir? Axı, bu, həmin Aygündür...

OZAN qrupuyla Rok Panoramada çıxışlarının, QAYA vokal instrumantal ansamblında fəaliyyətinin ardından ilk solo ifasıyla, güclü rəqiblərinə qalib gəlib “Bakı Payızı”nda birinci yeri qazanan. Həmin vaxt Tofiq Quliyevin öz müsahibələrində haqqında ağızdolusu danışıb “Bu qız Azərbaycan incəsənəti üçün əsl tapıntıdır!” dediyi müğənni.

18 yaşında Azərbaycanı beynəlxalq müsabiqədə - Yurmalada təmsil edən ilk qadın sənətçimiz. Yarışmanın qanunlarına zidd olduğunu bildiyi halda səhnədən tamaşaçılar arasına enib, bir çox ölkəyə yayımlanan canlı yayımın kəsilməsinə səbəb olaraq öz əliylə qalibiyyəti üzərindən xətt çəkə bilən qız.

"Asiyanın səsi", "Türkvizyon" kimi müsabiqələrin laureatı olaraq əldə etdiyi qonorarı öz bəstəkar müəlliminin qızının təhsilinə yatıracaq qədər ürəkli bir insan.

"Diva" adlandırılan sənətçi heç vaxt bu cür məqamları dilə gətirməyib halbuki...

Cəbhə yoldaşlarının dediyinə əsasən, müharibə illərində hər şeyini, hətta son zinət əşyasını - qulağındakı sırğasını belə çıxarıb ordu üçün qurban verən, körpə qızını anasının yanında qoyub cəbhə xəttində vuruşan, yaralanan, dəfələrlə ölümlə üz-üzə gələn, neçə nəfəri ölümdən xilas edən qadın. Bunları onunla çiyin-çiyinə vuruşan yoldaşları deyir.

"Marş, irəli!" oxuyub silsilə vətənpərvərlik mahnıları ifa edən ilk pop müğənni. Müğənnilərin hərbi hissələrə, uşaq evinə, qocalar evinə, qadın və kişi həbsxanalarına yardım və xeyriyyə konsertləri ənənəsini yaradan sənətçi.

Toylarda "bağdagül" yox, öz repertuarından oxumaq qaydasını başladan, mahnıları yerli və xarici müğənnilər tərəfindən ən çox ifa olunan müğənni. Azərbaycana “imicini dəyişmək” , “silikon” , “prezentasiya” , “fan-klub” , "imza günü", “rəqqaslarla sinxron şou”, “şou-biznes” və s. kimi məfhumları gətirən ulduz.

Pisiylə - yaxşısıyla... Davam etsək, gərək kitab yazaq.

Bəli, bu da Xalq Artisti! 27.000-lik konsert zalının biletlərinin 95%-dən çoxu alınıb artıq – konsertə hələ bir neçə gün qalmasına baxmayaraq...

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/213896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR