Bakıda qadını soyan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 19-da Nəsimi rayonunun Ş.Əzizbəyov küçəsində naməlum şəxs Bakı şəhər sakini V.İbrahimovaya zor tətbiq edib içərisində 254 manat və metro kartı olan pulqabısını alıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nəriman Quliyev tutulub.

Araşdırma aparılır.