Acun Ilıcalı toyunda 4 gəlinlik dəyişən həyat yoldaşının GƏLİNLİKLƏRİNƏ SƏRVƏT xərclədi - FOTO

Acun Ilıcalı toyunda 4 gəlinlik dəyişən həyat yoldaşının GƏLİNLİKLƏRİNƏ SƏRVƏT xərclədi - FOTO
13:08 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Tv 8 kanalının direktoru ilə ailə quran Acun Ilıcalı Şeyma Subaşının toyunda geyindiyi gəlinliklərinə səvət xərcləyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ş.Subaşının nikahda “Zimmerman” markasından geyindiyi qat-qat libasının dəyərinin 1000 dollar (təxminən 1800 manat”, “Sergio Rossi” brendindən seçdiyi ayaqqabıları 600 dollar (1200 manat), saçına taxdığı “Johanna Ortis” brendindən taxdığı aksessuarın qiyməti isə 750 dollar (rəxminən 1350 manat) olduğu açıqlanıb.

Türkiyənin ən məşhur iş adamı ilə ailə quran Şeyma nikahdan sonra verilən təbrik yeməyində hindli stilist “Naeem Khan”ın yeni kolleksiyasından ağ paltar geyinib. Bu geyimin qiyməti isə 10 min dollardır (təxminən 18 min manat).

Sen Tropenin ən məşhur kurort mərkəzində baş tutan təmtəraqlı toy mərasimində geyindiyi libası dünya şöhrətli gəlinlik brendi “Vera Wang”dan idi. Şeymanın “Vera Wang”dan olan gəlinliyinin qiyməti açıqlanmayıb. Lakin adıçəkilən moda evində gəlinliklərin qiyməti 70 minlə 100 min dollar arasında dəyişir.

Acun həm Braziliyada, həm də Meksikada “Survivor” verilişinin çəkilişləri ilə məşğul olacaq. Odur ki, cütlük bal ayı üçün Dominike gedəcək.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/214132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR