Azərbaycan, Rusiya, İran prezidentlərinin görüşü keçiriləcək

İlin sonuna qədər Azərbaycan, Rusiya və İran prezidentləri bir araya gələcək. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, görüş Tehranda baş tutacaq.

Siyasi şərhçi Adgözəl Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, prezidentlərin görüşü regionun nəbzini yoxlamaq məqsədi daşıyır:

“İstər Rusiya, istərsə də İran İslam Respublikası ilə münasibətlərimizi inkişaf etdirməliyik. Yerləşdiyimiz coğrafiya bunu bizim qarşımıza məqsəd kimi qoyur. Çünki hər iki dövlətin ərazisində türk xalqları yaşayır. Eyni zamanda, ölkə başçımız İham Əliyevin də hər iki dövlətin rəhbəri ilə münasibəti çox yaxşıdır. Prezidentlərin görüşü regiona hər hansı bir dağıdıcı qüvvələrin soxulmaması, həmçinin gərginlik yarada biləcək hər hansı bir addımın atılmaması üçün bir nəbz yoxlaması olacaq. Güman edirəm ki, status-kvo münasibətlər baxımından davam etdiriləcək”.

“ABŞ və Türkiyə hər zamankından daha yaxındır” - Nyu-Yorkda tarixi görüş - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR