İdman salonlarına gedib saatlarca məşqlər etməyinizə ehtiyac yoxdur.

Metbuat.az xəbər verir ki, yeni araşdırmaya görə, ev işi ilə məşğul olaraq bədəninizi formaya sala bilərsiniz.

Araşdırmada 2 saat ərzində dayanmadan ev işi görən insanların 600 kalori yandırdığı müşahidə olunub. 5 km qaçdığınız zaman yandırdığınız kalori miqdarından təxminən 2 dəfə artıqdır.

Bəs, hansı ev işləri daha çox kalori yandırır?

20 dəqiqə ərzində pəncərə silən iştirakçılar ortalama 115 kkal yandırıb. Yer silmək 107 kkal olmaqla 2-ci yerdə gəlir. Hamam təmizliyi 100 kkal ilə 3-cü sıradadır. 40 dəqiqə ərzində toz aldığınızda isə 194 kkal yandırırsınız. 20 dəqiqə ərzində ev süpürdüyünüz zaman sadəcə 86 kkal itirirsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Saç uzatmaq üçün MASKA - Oxumaq üçün tıkla