"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb

"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb
20:32 23 Sentyabr 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Roma" klubu futbol üzrə İtaliya A Seriyasında VI tur matçına çıxıb.
"Report"un məlumatına görə, turun açılış oyununda rəqib "Udineze" olub.
Romadakı "Olimpiko" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Sarı-qırmızılar" hər 3 qolu ilk yarıda vurub.
Belə ki, 12-ci dəqiqədə Edin Ceko, 30-cu və 45-ci dəqiqələrdə Stefan əl-Şaaravi fərqlənib. 89-cu dəqiqədə "Roma" 4-cü qol imkanı qazansa da, Dieqo Perotti penaltidən yararlana bilməyib. Əvəzində bir dəqiqə sonra Yens Larsen "Udineze"nin təsəlli qolunu vurub.
Bu qələbədən sonra xallarını 12-yə yüksəldən "Roma" 4-cü pillədə qərarlaşıb. "Udineze" isə 3 xalla 16-cıdır.
"Roma" növbəti oyununu sentyabrın 27-də Bakıda "Qarabağ"a qarşı keçirəcək. Çempionlar Liqasında C qrupunun II tur qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-reqibi-futbol-uzre-i-taliya-a-seriyasinin-vi-tur-matcinda-novbeti-qelebesini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR