Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb
23:42 24 Sentyabr 2017
191 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 sentyabr. REPORT.AZ/ Tanzaniyada sərnişinləri daşıyan avtobus yol qəzasına uğrayıb.
"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına istinadən "Xinxua" məlumat yayıb.
Bildirilir ki, yol qəzası ötən gün axşam Ruvuma vilayətində qeydə alınıb. 44 nəfəri aparan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Nəticədə azı 2 nəfər ölüb, daha 42 nəfər yaralanıb. Sürücü hadisə yerindən qaçıb.
İlkin fərziyyəyə görə, qəza ehtiyatsızlıq səbəbindən baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tanzaniyada-avtobus-asib-2-nefer-olub-42-si-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR