Venesuela, KXDR və Çad vətəndaşlarına giriş qadağası oktyabrın 18-dən qüvvəyə minir. "Qara siyahı"da həmçinin İran, Yəmən, Liviya, Suriya və Somali də var, Sudan isə "qara siyahı"dan çıxıb.
Qeyd edək ki, məhdudiyyətlər bu ölkələrin ABŞ vətəndaşları ilə sübut olunmuş əlaqələri olan vətəndaşlarına qarşı da sərtləşdiriləcək və tətbiq ediləcək. Eyni zamanda, yeddi ölkənin vətəndaşlarının immiqrasiya və qeyri-immiqrasiya vizası ilə ABŞ-a girişi dondurulub.