Bərzanidən son dəqiqə açıqlaması

Şimali İraqda müstəqillik referendumu davam edir.

Metbuat.az-ın məlumatına görə, səsvermə davam etdiyi zamanda mətbuat konfransı keçirən Şimali Kürdüstanın baş naziri Neçirvan Bərzani deyib: “Bu gün referendum keçirməyimiz sabah müstəqillik elan edəcəyimiz mənasına gəlmir. Bu, Türkiyə üçün əsla təhdid deyil. Refendum sərhədləri müəyyən etmək üçün deyil. Türkiyənin bizi anlamağını gözləyirik”.

“Reuters”in xəbərinə görə, referendum nəticələrinin 72 saatda açıqlanacağı gözlənilir. 5,2 milyon seçicinin iştirak edəcəyi səsvermədə dörd dildən istifadə olunur – kürtçə, türkcə, ərəb və süryanicə.

İraq mərkəzi hökuməti tərəfindən vəzifədən çıxarılan eks Kərkük valisi Nəcməddin Kərim şəhərdəki Qarmiyan məktəbində səs verib. Kürdlərin çox olduğu bəzi məhəllələrdə səsvermə məntəqələrində şənlik olduğu bildirilir.

Məlumata görə, şəhərlərdə təhlükəsizlik tədbirləri artırılıb. Hər bir seçki məntəqəsinin qarşısında polis və əsgərlər var.

Günay Elşadqızı \ METBUAT.AZ

Nasist partiya parlamentdə - Almaniyanı nələr gözləyir? - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR