Azərbaycanın İsraildən aldığı dəhşətli silahlar...

Azərbaycanla İsrail arasında əlaqələr, həmçinin iki ölkə arasında hərbi sahədəki əməkdaşlıq hər zaman gündəmdə olub.

Hər iki dövlətin şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyərinin 5 milyarddan çox olması, bu əməkdaşlığın güclü olduğunu bir daha sübut edir.

Hərbi jurnalist Ramil Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, İsrail ilə Azərbaycan arasında daha irihəcmli satınalmaların ilkin mərhələsi 2012-ci ilə qədər və o il ərzində həyata keçirilib:

“Təkcə 2011-ci ildə İsrail-Azərbaycan arasında imzalanan sazişin dəyəri 1.6 milyard ABŞ dollarıdır. Bura həm pilotsuz uçuş aparatları, həm hava hücumundan müdafiə sistemləri, həm də hava sistemlərindən müdafiə üçün raket mərmiləri daxildir. Bununla paralel olaraq, Azərbaycan Silahlı Qüvvələri İsraillə birlikdə hərbi hava qüvvələrini möhkəmləndirmək üçün bir neçə layihələr həyata keçirib. Bu, Azərbaycanda “Orbiter” və “Aerostar” pilotsuz uçuş aparatlarının yaradılması ilə bağlıdır. Həmin layihə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə İsrail Aviasiya Sənaye Şirkəti arasında həyata keçirilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR