"Report" "Tumba.kz" portalına istinadən xəbər verir ki, qanunu pozanların hamısı müvəqqəti təcridxanaya yerləşdirilib.
Qazaxıstan MTK-nın Sərhəd Xidmətindən verilən məlumata görə, qanunu pozanlar Pesçanıy burnundan 17 km aralıda sərhədçiləri görən kimi yüksək sürətlə qaçmağa çalışıb. Amma sərhədçilərin havaya xəbərdarlıq atəşindən sonra brakoneryerlik fəaliyyətində şübhəli bilinənlər qayığı saxlamalı olub. Nəticədə üç nəfər sərhədçilər tərəfindən saxlanılıb.
Məlumata görə, azərbaycanlılar sərhədçiləri görən kimi balıqçı torunu suya buraxıb, amma koordinatlara uyğun suyun altından üzərində 16 min qarmaq olan 35 km uzunluqda tor aşkar edilib.
Hazırda saxlanılanlar barəsində dövlət sərhədini pozmaq maddəsi ilə məhkəməyə qədər istintaq başladılıb.