"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq Çexiyanın heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Karel Yarolim 23 futbolçuya dəvət gönədirib.
Onlardan 7-si Çexiya, 15-i xarici ölkə çempionatlarında çıxış edir. Legionerlər Almaniya, Fransa, İsveçrə, İngiltərə, Danimarka, Belçika, İtaliya və Çin çempionatlarında top qovur.
Qeyd edək ki, Çexiya oktyabrın 5-də Bakıda millimizin qonağı olacaq, 3 gün sonra San Marinonu qəbul edəcək.
Qapıçılar: Tomaş Vaçlik (Bazel, İsveçrə), Tomaş Kubek (Renn, Fransa), Yiri Pavlenka (Verder Almaniya).
Müdafiəçilər: Yan Boril (Slaviya), Pavel Kaderabek (Hoffenhaym, Almaniya), Teodor Gebre-Selassie (Verder, Almaniya), Marek Suşi (Bazel, İsveçrə), Tomaş Kalas (Fulhem, İngiltərə), Filip Novak (Midilyand, Danimarka), Yakub Brabeç (Genk, Belçika), Mixael Lüftner (Kopenhagen, Danimarka).
Yarımmüdafiəçilər: Jozef Huşbauer, Yaromir Zmrhal, Tomaş Suşek (hamısı "Slaviya"), Şimon Falta (Siqma), Yan Kopiç (Viktoriya), Yakub Yankto, Antonin Barak (ikisi də "Udineze", İtaliya), Vladimir Darida (Herta, Almaniya), Borek Dokal (Henan Jianye, Çin).
Hücumçular: Mixal Krmençik (Viktoriya), Milan Şkoda (Slaviya), Yan Kliment (Bröndbü, Danimarka).
Fanat.Az